UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq

UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
09:17 6 Aprel 2020
160 Digər
Ölkə mətbuatı
A- A+

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədov UFC 249 turnirinə qatılmayacaq.
“Report”un məlumatına görə, UFC-in rəhbəri Deyna Uayt rəsmi “Twitter” hesabından yarışın baş tutacağını, amma Nurməhəmmədovun iştirak etməyəcəyini bildirib. O, döyüşlərin siyahısını yaxın zamanda açıqlayacağını sözlərinə əlavə edib.
Qeyd edək ki, UFC 249 turnirinin keçiriləcəyi məkan açıqlanmayıb. Əvvəlcədən yarış ABŞ-ın Nyu-York şəhərində planlaşdırılsa da, sonradan koronavirusa görə təxirə salınıb. Gecənin əsas döyüşü Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında olmalı idi. Rusiyalı döyüşçü məkanı əvvəlcədən bilməyəcəyi təqdirdə, turnirdə iştirak etməyəcəyini açıqlamışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ufc-turniri-bas-tutacaq-hebib-nurmehemmedov-qatilmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR