İMF prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"

İMF prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"
11:32 6 Aprel 2020
142 Digər
Ölkə mətbuatı
A- A+

"Koronavirus (COVID-19) epidemiyası qlobal iqtisadiyyatı iflas nöqtəsinə və ya 10 il əvvəlki qlobal maliyyə böhranından daha pis resesiya vəziyyətinə gətirib".
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (İMF) prezidenti Kristalina Georgiyeva Ümumdünya Səhiyyə Təşkilatının (WHO) prezidenti ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, inkişaf etmiş ölkələr koronavirus epidemiyasının qlobal iqtisadiyyata və səhiyyə sisteminə təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə yardımlarını artırmalıdır.
“Bu böhran digərləri kimi deyil. Dünya iqtisadiyyatı iflas nöqtəsinə gəlib. Hazırda qlobal iqtisadiyyatda resesiya baş verir”, – K.Georgiyeva vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/k-georgiyeva-dunya-iqtisadiyyati-iflas-noqtesine-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR