Azərbaycanda özəl qiymətli kağızlar bazarı '' sıfır səviyyəsinə'' düşdü

Azərbaycanın qiymətli kağızlar bazarında qeyri-dövlət sektorunun payı 1%-dən də aşağı düşüb.

Metbuat.az xəbər verir ki, bu Bakı Fond Birjasının (BFB) 2020-ci ilin 1-ci rübünün nəticələrini açıqlayandan sonra məlum olub. Hesabata görə, 1-ci rübdə ölkənin qiymətli kağızlar bazarının dövriyyəsi 2 milyard 76 milyon manat olub.

Əməliyyatların əksəriyyəti dövlər qurumları və ya dövlətə məxsus şirkətlərin alətləri ilə aparılıb.

Özəl sektorda isə bazarın bütün seqmentləri üzrə böyük durğunluq müşahidə edilir.

Səhm bazarı

Belə ki, 1-ci rübdə özəl şirkətlər tərəfindən səhm bazarında yerləşdirmə. Yəni ilkin bazarda əməliyyat aparılmayıb. Əvvəlki illərdə bu sahədə banklar və sığorta şirkətləri aktiv idilər və səhm yerləşdirirdilər. 1-ci rübdə bu proses faktiki olaraq dayanıb. Səhmlərin təkrar bazarında isə 6 milyon 719 min manatlıq əməliyyat aparılıb.

İstiqraz bazarı

İstiqraz bazarında bu il hələlik bir buraxılış olub. «Bank BTB» özünün 2 milyon manatlıq istiqrazlarını yerləşdirib. Yeri gəlmişkən, bazardakı indiki vəziyyəti nəzərə alanda, bu yerləşdirməni çox uğurlu saymaq olar.

Təkrar istiqraz bazarında isə əməliyyatların həcmi 3 milyon 639 min manat təşkil edib. Burada əməliyyatlar əsasən 3 özəl şirkəin kağızları ilə aparılıb. Əməliyyatların 1 milyon 878 min manatı «METAK» istiqrazlarının, 522,8 min dollar və ya 888,8 min manatı «Unibank»ın istiqrazlarının, 871 min manatı isə BOKT «Embafinans»ın payına düşür.(Fed.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR