Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.
"Report"un "Fotospor"a istinadən verdiyi məlumata görə, bu, italiyalı mütəxəssis Eusebio Di Françeskodur.
Onun son iş yeri "Roma" olub. Di Françesko 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hazırda Di Françesko ilə Türkiyənin "Fənərbağça" klubu da ciddi maraqlanır.