“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Daha əvvəl xarici neft istehsalçıları üçün gömrük tariflərinin qaldırılmasına "yaşıl işıq" yandıran D.Tramp deyib: “Əgər ehtiyac yaransa, yeni tariflər tətbiq edərəm, ancaq buna ehtiyac olacağını zənn etmirəm. Çünki Səudiyyə Ərəbistanın və Rusiyanın neft istehsalı səviyyəsinin müəyyənləşdirilməsində razılaşma əldə edəcəklərinə inanıram”.
Qeyd edək ki, D.Trump neft hasilatının səviyyəsini müəyyənləşdirilməsi üçün OPEC və OPEC+ ölkələrinin növbəti görüşünün böyük ehtimalla aprelin 9-da keçiriləcəyini bildirib.