"Meqa Sığorta" ötən ili mənfəətlə başa vurub

"Meqa Sığorta" ötən ili mənfəətlə başa vurub
15:17 6 Aprel 2020
151 Digər
Ölkə mətbuatı
A- A+

"Meqa Sığorta" ASC 2019-cu ili 3,533 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbərən 25,2% azdır.
Ötən il "Meqa Sığorta"nın gəlirləri 22,163 milyon manat (illik müqayisədə 18% az), xərcləri 17,547 milyon manat (16,7% az), mənfəət vergisi ödəmələri isə 1,083 milyon manat (8,9% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 44,427 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,1% azalaraq 18,067 milyon manata düşüb, balans kapitalı isə 10,55% artaraq 26,36 milyon manata çatıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/meqa-sigorta-oten-ili-menfeetle-basa-vurub06042020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR