“Harri Potter”in yazarı koronavirusa

“Harri Potter” seriyasının yazıçısı Coan Roulinq koronavirusa yoluxub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, yazıçı bunu öz “Twitter” səhifəsində açıqlayıb.

Səhifəsində respirator simptomları yüngülləşdirməyə dair video paylaşan 54 yaşlı C.Roulinq özünün də xəstələndiyini vurğulayıb: “Testdən keçməsəm də, son iki həftədə məndə COVID-19-un simptomları olub və artıq tamamilə sağalmışam”.

Britaniyalı Coan Roulinq dünyanın 65-dən çox dilinə tərcümə edilən “Harri Potter” seriyasının yazarı kimi tanınır. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır. Eyni zamanda bir müddət dünyanın ən zəngin qadını olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR