Alyaska ştatı yaxınlığında ABŞ-a məxsus F-22 təyyarələri ilə Rusiya qırıcıları arasında gərginlik yaşanıb.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Rusiyaya məxsus “İl-38” tipli 2 hərbi təyyarə Alyaska hava məkanına daxil olmağa cəhd göstərib. Lakin dərhal havaya qalxan “F-22”lər onların qarşısını alıb. Məlumata görə, ABŞ ordusunun təqibindən sonra Rusiya təyyarələri geri qayıdıb.
Bildirilir ki, Rusiya təyyarələri ABŞ və ya Kanada hava məkanını pozmayıb. Rusiya tərəfi məsələyə hələlik münasibət bildirməyib.
Anar Türkeş