“Report” xəbər verir ki, bunu Fransanın iqtisadiyyat naziri Bryuno Le Mer deyib.
“Avropa maliyyə nazirləri koronavirusa iqtisadi reaksiya barədə mükəmməl razılıq əldə ediblər. 500 milyard avro dərhal ayrılacaq” - nazir özünün “Twitter” hesabında məlumat yayıb.
Nazir əlavə edib ki, yaxın gələcəkdə Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün fond da yaradılacaq.