“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin infrastruktur nazirliyinin press-relizində bildirilib.
960 ton ağırlığında yük Quançjou şəhərindən gətiriləcək. 240 milyon tibbi maska iki həftə ərzində Braziliyaya tədarük ediləcək.
Bunun üçün 40 aviareys həyata keçiriləcək. Təyyarələrin rahat enib qalxması üçün onlara dövlət statusu veriləcək.