Bu gün ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, OPEC + dünyada neft qiymətlərini sabitləşdirmək üçün hasilatın azaldılması ilə bağlı razılığa yaxındır.
“Bizim çox yaxşı söhbətimiz oldu. Görək nə baş verir. Bildiyiniz kimi, OPEC bu gün görüşdü. Deyərdim ki, razılaşmağa yaxındırlar. Bir azdan biləcəyik”.
Tramp əlavə edib ki, xarici liderlərlə telefon danışığı bir saatdan çox davam edib.