Ferqyuson - Geyci döyüşü təxirə salındı

Ferqyuson - Geyci döyüşü təxirə salındı
04:07 10 Aprel 2020
171 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ təmsilçiləri Toni Ferqyuson və Castin Geyci arasında yüngül çəkidə müvəqqəti çempionluq titulu uğrunda aprelin 18-də keçiriləcək döyüş koronavirusa görə təxirə salınıb.
“Report”un məlumatına görə, bunu UFC-in rəhbəri Deyna Uayt “ESPN” telekanalının müxbiri Brett Okamoto ilə müsahibəsində təsdiqləyib.
Əvvəlcə əsas döyüş Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında olmalı idi. Lakin, Nurməhəmmədov koronavirusa görə görüşdən imtina edib, onu Castin Geyci əvəzləyib.
“UFC 249 ləğv edildi. Bütün UFC görüşləri koronavirus səbəbiylə qeyri-müəyyən müddətə təxirə salınıb”-deyə Okamoto bildirib.
Qeyd edək ki, ABŞ təmsilçiləri Toni Ferqyuson və Castin Geyci arasında keçiriləcək döyüşün qalibi Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədovla görüşəcəkdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ferqyuson-geyci-doyusu-texire-salindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR