Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb
04:27 10 Aprel 2020
219 Digər
Ölkə mətbuatı
A- A+

Çinin materik hissəsində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 42 nəfər artıb.
“Report” xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası bildirib. 
Yoluxan şəxslərin 38-si başqa dövlətlərdən gəlib. Digər dörd nəfər ölkə daxilində yoluxub.
Ötən gün koronavirusdan bir nəfər ölüb. Hadisə virusun yayılma mərkəzi olan Hubey vilayətində qeydə alınıb.
Hazırda Çində COVID-19-dan 1 116 nəfər müalicə alır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-koronavirusa-yeni-yoluxma-hallari-qeyde-alinibb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR