Ötən il 102 ixtiraya patent verildi

Ötən il 102 ixtiraya patent verildi
05:48 10 Aprel 2020
139 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə ixtira üzrə 102 ixtira patenti verilmişdir. Bu isə 2018-ci ildəkindən 32 patent çoxdur.

Publika.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda bildirilir ki, 2019-cu ildə faydalı modellərə dair 16 patent, sənaye nümunələrinə dair 32 patent verilib. 2019-cu ildə coğrafi göstəricilər üzrə 5 patent verilib.

2019-cu ildə respublikanın elmi müəssisələrində 134 elmi problemin 522 mövzusu üzrə 1600-ə yaxın elmi tədqiqat işləri aparılıb, 120 milyon manatdan yuxarı elmi-texniki işlər yerinə yetirilib. Bu işlərin 52%-ni fundamental tədqiqatlar, 11,4%-ni tətbiqi tədqiqatlar, 16,6%-ni isə layihə-konstruktor və texnoloji işlər təşkil edib. Tədqiqatların nəticəsinə görə 30-dan çox iş istehsalatda tətbiq edilib. 90 ixtira patenti alınıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/310304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR