Meksika OPEC+ görüşünün yekunları ilə bağlı açıqlama yaydı

Meksika OPEC+ görüşünün yekunları ilə bağlı açıqlama yaydı
06:17 10 Aprel 2020
194 Digər
Ölkə mətbuatı
A- A+

Meksika OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə “OPEC+” üzrə neft hasilatının gündəlik 10 milyon barrel azaldılması barədə təklifinə müsbət yanaşmayıb.
“Report” xəbər verir ki, Meksikanın Energetika naziri Rosio Nale görüşün yekunları barədə özünün “Twitter” hesabında bunları yazıb:
“OPEK katibliyinin neft qiymətlərini sabitləşdirmək üçün apardığı danışıqlarda Meksika, qarşıdakı iki ay ərzində neftin gündəlik 100 min barel azaldılmasını təklif edib. 2020-ci ilin mart ayında bildirdiyimiz 1 781 milyon barel hasilatdan gündəlik 1 681 milyon barelə enəcəyik”.
Bundan əvvəl, xarici mətbuatda OPEC-in görüşünün Meksikanın prinsipial mövqeyinə görə yekunlaşmadığı barədə məlumat yayılmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/meksika-opec-gorusunun-yekunlari-ile-bagli-aciqlama-yaydi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR