Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı COVID-19-a qarşı mübarizə Komitəsi adlı qurum yayıb. Yəmənin şərqində yerləşən Xadramaut əyalətində ilk yoluxma faktı təsdiqlənib. Pasiyentin vəziyyəti sabit qiymətləndirilir.