Gürcüstanda koronavirus diaqnozu qoyulan şəxslərin sayı 227 nəfərə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bu günə qədər COVID-19 infeksiyasına yoluxanların 52-si sağalıb, 3-ü isə ölüb.
Karantində 4 829, stasionar nəzarətdə isə 410 nəfər saxlanılır.