8 həkim koronavirusdan öldü - Böhran dərinləşir

8 həkim koronavirusdan öldü - Böhran dərinləşir
10:23 10 Aprel 2020
174 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada koronavirusla mübarizə aparan 8 tibb işçisi həmin infeksiyaya yoluxaraq dünyasını dəyişib.

Publika.az xəbər verir ki, onların hamısının immiqrant olması ölkə miqyasında mübahisə doğurub. Həkimlər Pakistan, Şri-Lanka, Misir, Nigeriya və Hindistandan gələnlər olub.

İngilis əsilli həkimlərin daha prestijli işlərdə çalışdığı, immiqrantların isə yalnız “ön cəbhələrdə” iş tapa bildiyi ölkədə tibb işçilərinin yetərli sayda qoruyucu ləvazimatla təmin olunmaması böhranı daha da dərinləşdirib. “New York Times”ın xəbərinə görə, immiqrantlar Britaniyada doğulanlara nisbətən daha riskli mövqelərdə çalışır.

Son olaraq Nortvik Park Xəstəxanasında qoruyucu geyim olmadığı üçün zibil torbaları geyinib xəstələrə qulluq etmək məcburiyyətində qalan 3 tibb bacısının koronavirus testinin pozitiv çıxdığı açıqlanıb. Bundan başqa, xəstəxanada çalışan heyətin yarısından çoxunun testlərinin pozitiv olduğu bildirilib.

Bu arada, Böyük Britaniyanın Çindən aldığı 3,5 milyon test kiti qüsurlu çıxıb. Buna görə də ödənilən pul geri tələb edilib.

Son rəqəmlərə görə, Britaniyada 65 min 77 nəfər koronavirusa yoluxub. 7 min 978 nəfər dünyasını dəyişib. 135 nəfər sağalıb. Onlar arasında ölkənin Baş naziri Boris Conson da var.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/310320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR