Bakı, 25 may, AZƏRTAC
İyunun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “Qərb bölgəsinin milli-mənəvi dəyərləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki,15 iyun - Milli Qurtuluş Gününə həsr olunan konfransda “Heydər Əliyev və Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi və təbliği”, “Qərb bölgəsinin folkloru “, “Kulturologiya”, “Qərb bölgəsinin mütəfəkkirləri” və digər elmi istiqamətlər üzrə müzakirələr aparılacaq.