Daha dəhşətli bəla gəlir, yüzmilyonlar öləcək - Tixanski

Daha dəhşətli bəla gəlir, yüzmilyonlar öləcək - Tixanski
15:42 16 Aprel 2020
348 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasından sonra dünya fərqli olacaq. Əvvəlcə bəşəriyyət içməli su qıtlığı ilə üzləşəcək. Bu insanlıq üçün daha qlobal problem olacaq.

Milli.Az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında rusiyalı professor, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Tixanski deyib.

Onun sözlərinə görə, koronavirus, əslində, dünyaya dövlətlərin imkanlarını göstərdi:

"Koronavirus AB-də səhiyyə institutlarının olmadığını üzə çıxdı. Bu o deməkdir ki, Avropa Birliyinin səlahiyyətlərinə tibb aid deyil. Avropanın bütün səhiyyə sistemi milli səviyyədə qurulub. Məlum oldu ki, Avropada tibbi sığorta ölkələri bu problemdən qorumağa qadir deyil".

Tixanskinin sözlərinə görə, sivilizasiyamız Ümümdünya Tənzimləmə İnstitutunun (Dünya Hökuməti) yaradılması üçün bəzi addımlar atmalı olacaq:

"Bu "Dünya hökuməti" planetin bəzi qlobal problemlərini həll etməli olacaq. Pandemiyadan sonra bəşəriyyət içməli su, sonra qida qıtlığı ilə üz-üzə qalacaq. Hər şey Afrika qitəsindən başlayacaq. Təsəvvür edin, onmilyonlarla insan içməli su çatışmazlığından öləcəkdir. Su böhranı ərzaq qıtlığına səbəb olacaq. Ac adam isə azad ola bilməz, onu bir çörək və ya bir qurtum suya almaq olar. Bu isə bəşəriyyətin quldarlıq quruluşuna qayıtması deməkdir. Məhz bu səbəbdən bu tip qlobal proseslər bir institut tərəfindən həll olunmalıdır".

O bildirib ki, pandemiyadan sonra ölkələr seçim etmək məcburiyyətində qalacaqlar - ya milli maraqları ilə idarə olunmalı və ya yenidən qlobal birliklərə qoşulmalı olacaqlar:

"Nə virusun, nə də iqtisadi böhranın öhdəsindən gələ bilməyən Qərbi böyük etirazların güclü dalğası gözləyir. Moskva və Pekin modelləri fərqli olacaq. Dünya dəyişəcək, amma insanlar eyni qalacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR