Koronavirusu yaymağın ən böyük səbəbi: Ölkələri borc bataqlığına sürükləmək

Koronavirusu yaymağın ən böyük səbəbi: Ölkələri borc bataqlığına sürükləmək
10:43 17 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Ölümcül olması ilə yanaşı, böyük iqtisadi çöküntüyə səbəb olan koronavirus pandemiyası qlobal iqtisadiyyat sistemini dərindən sarsıdıb. Milyonlarla insanı evə məhkum edən virus dərin tələb daralması yaşadır. İstehsal və istehlak balansının pozulmasına görə ABŞ, Avropa başda olmaqla, bir çox yerdə iqtisadi həyat dayanıb.

Publika.az xəbər verir ki, koronavirusun bir çox ölkədə siyasi tarazlığı sarsıdacağı gözlənilir.

Beynəlxalq səyahəti dayandıran, istehsal çarxlarını sükuta qərq edən pandemiya bazarlarda şok dalğalara səbəb olub. Dünya 1929-1939-cu illərdəki "Böyük böhran"dan bu yana ən çətin iqtisadi durğunluqla qarşı-qarşıyadır.

İşsizliyin çoxalmasına səbəb olacağı gözlənilən pandemiya maliyyə bazarlarında sərt qiymət hərəkətləri və dərinliyi proqnozlaşdırılmayan tənəzzül qorxusuna, neftin qiymətinin dibi görməsinə gətirib çıxarıb.

Fosil yanacaq qiymətlərində yaşanan tarixi ucuzluğun iqtisadi təsirinin pandemiyadan daha uzun çəkməsi gözlənilir. Xam neft başda olmaqla, əmtəə qiymətlərindəki kəskin ucuzlaşma da neftin üzərində qurulan iqtisadiyyatları sarsıdır. Prosesin uzanması bir çox ölkədə siyasi problemlər ortaya çıxaracağını göstərir.

İnkişaf proqnozları dibdədir

Qlobal sistemin yenidən formalaşacağı bu proses beynəlxalq qurumların qlobal iqtisadi böyümə proqnozlarını alt-üst edib. Beynəlxalq Valyuta Fondu Kovid-19 təsiri ilə 2020-ci il qlobal böyümə təxminlərini aşağı salıb. BVF-nin Qlobal İqtisadi Mənzərə Hesabatına daha əvvəl 3,3% böyüməsi proqnozlaşdırılan qlobal iqtisadiyyatın bu il 3% kiçiləcəyi təxmin edilir.

2008-2009-cu illərin maliyyə böhranından daha pis

Həmin sənəddə Kovid-19 pandemiyasının böyük xərclər tələb etdiyi, insan həyatını qorumaq və səhiyyə sistemlərinin bunun öhdəsindən gələ bilməsi üçün izolyasiya, təcrid və iş yerlərinin kütləvi şəkildə bağlanmasının virusun yayılmasını yavaşlatmağın vacibliyi qeyd edilib. Bu böhranın 2008-2009-cu illərin maliyyə böhranından daha pis nəticələr göstərəcəyi vurğulanıb.

ABŞ və Avropa sarsılacaq

BVF-nin hesabatına görə, ABŞ iqtisadiyyatı bu il 5,9, Avrozona iqtisadiyyatı isə 7,5% kiçiləcək. Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsi Almaniya iqtisadiyyatının 7%, pandemiyadan ən çox zərər görən İtaliya iqtisadiyyatının isə 9,1% daralması gözlənilir. Böyük Britaniya iqtisadiyyatı 6,5% kiçiləcək. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının böyümə təxminləri isə 4,4-dən 1% geri çəkilib. Pandemiyanın ortaya çıxdığı Çin iqtisadiyyatının bu il 1,2% böyüməsi gözlənilir.

Ən pisi də ola bilər

Hesabatda qlobal böyümə proqnozlarının böyük qeyri-müəyyənlik daşıdığı və buna görə daha pis nəticələrin ola biləcəyi ehtimalı bildirilib.

Onlarla ölkə BVF-nin qapısında

Pandemiya ilə təkbaşına mübarizə apara bilməyən onlarla ölkə Beynəlxalq Valyuta Fondundan borc almağa çalışır. Fondun prezidenti Kristalina Georqiyeva çərşənbə axşamı verdiyi açıqlamada yeni tip koronavirus pandemiyası təsirləri ilə mübarizəyə yardımçı olmaq məqsədilə 25 üzv ölkəyə təcili borc təmin ediləcəyini bildirib. Bu ölkələr sırasında Əfqanıstan, Benin, Burkina Faso, Mərkəzi Afrika Respublikası, Çad, Komor adaları, Konqo Demokratik Respublikası, Qambiya, Qvineya, Qvineya-Bissau, Haiti, Liberiya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Nigeriya, Ruanda, Sao Tome və Prinsipe, Sierra Leone, Solomon adaları, Tacikistan, ToqoYəmən var.

Virus əzəli rəqibləri bir araya gətirdi

Xam neft qiymətlərinin ilin əvvəlindən bəri yarıyadək ucuzlaşması ABŞ, RusiyaSəudiyyə Ərəbistanı kimi ölkələrin razılığa gəlməsinə və birlikdə hərəkət etməsinə səbəb oldu. OPEC və OPEC+ ölkələrinin istehsalın azaldılmasına dair razılaşması belə qiymətlərin bahalaşmasına kömək edə bilmədi. Bu mövzuda G20 ölkələrini birlikdə hərəkət etməyə çağıran Beynəlxalq Energetika Agentliyinin prezidenti Fatih Birol pandemiyanın neft sektorunda illəri itirdiyinə diqqət çəkir. Bu prosesin 10 il davam edəcəyi proqnozlaşdırılır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/311050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR