3500 manat maaş alanlar bu sahədə çalışır -

2020-ci il yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13442,5 milyon manat təşkil edib.

Dövlət Statsitika Komitəsindən (DSK) Metbuat.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 1350,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 12195,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb.

Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3581,9 manat, qeyri neft-qaz sektorunda 650,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 607,7 manat, özəl müəssisələrdə isə 845,9 manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR