"Çin pandemiyanın yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər"

"Çin pandemiyanın yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər"
09:57 19 Aprel 2020
258 Dünya
Ölkə mətbuatı
A- A+

Çin koronavirus pandemiyasının yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Biz araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək. <...> Əgər onlar (çinlilər - red.) şüurlu şəkildə buna yol veriblərsə, onda bunun nəticələri olmalıdır".

Onun sözlərinə görə, baş verənlərə qədər Vaşinqton və Pekin arasında münasibətlər konstruktiv olub: "Biz ticarət razılaşması imzaladıq, Çin bizim fermerlərdən 250 milyard dollarlıq məhsullar alır, biz razılaşmanı imzalayanda münasibətlərimiz yaxşı idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR