Koronavirusun hansı temperaturda məhv olduğu bəlli oldu

Koronavirusun hansı temperaturda məhv olduğu bəlli oldu
11:08 19 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Fransanın Aix-Marsel Universitetinin alimləri koronavirusun məhv olduğu temperaturu təyin edib.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “bioRxiv” portalında dərc olunub. Təcrübə zamanı koronavirus ştammı steril olmayan və biomaterial borulara yerləşdirilib. Hər iki nümunə bir saat ərzində 60 dərəcəyə qədər qızdırılıb. Məlum olub ki, steril olmayan nümunədəki virus çoxalmağı bacarıb. Nümunəni 15 dəqiqə ərzində 92 dərəcəyə qədər qızdırdıqdan sonra virusu tamamilə ləğv etmək mümkün olub.

Qeyd olunub ki, əksər laboratoriyalarda istilik materiallarının dezinfeksiyası bir saatda cəmi 60 dərəcəyə qədər aparılır. Alimlər bunun yüksək virus tərkibli nümunələr üçün kifayət etməməsini bildirib. Onlar ümid edir ki, tədqiqatın nəticələri koronavirusu məhv etmək üçün ən uyğun yolu tapmağa kömək edəcək.

Mart ayında Honkonq Universitetinin alimləri koronavirusun xüsusilə aktiv olduğu temperaturu açıqlamışdı.

Yeni tip virus dörd dərəcə temperaturda aktivləşir. Dezinfeksiya aparılmasa, 14 gün aktiv qalacaq.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/311066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR