Çində sutka əzrində 12 nəfər koronavirusa yoluxub

Çində sutka əzrində 12 nəfər koronavirusa yoluxub
08:52 20 Aprel 2020
242 Dünya
Ölkə mətbuatı
A- A+

Son sutka ərzində Çində yeni növ koronavirusa yoluxanların sayı 12 nəfər artıb, ölən yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxanlardan 12 nəfər xaricdən gəlib. Xaricdən gələn yoluxanların ümumi sayı 1583 nəfərə çatıb, onlardan 841-i hələ də müalicə alırlar (43 vəziyyəti ağır olaraq qiymətləndirilir), 742 nəfər sağalaraq evə buraxılıb.

Çin daxilində daha dörd yeni koronavirus infeksiyası aşkar edilib: Heylutsyan vilayətində (3 nəfər) və Daxili Monqolustan muxtar rayonunda.

Çində yeni tip koronavirusa yoluxanların ümumi sayı 82 747 nəfərə çatıb, 77 084 nəfər sağalıb, 4 632 ölüb. Daha 1031 nəfər hələ də müalicə alırlar, onlardan 81 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR