Bəhram Bağırzadə ilə onlayn görüş olacaq

Bəhram Bağırzadə ilə onlayn görüş olacaq
14:27 20 Aprel 2020
371 Digər
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyinin "Armudu" layihəsi çərçivəsində gənclərin məşhurlarla görüşü davam edir.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, koronavirus infeksiyası ilə bağlı ölkədə elan edilmiş karantin müddətində #evdəqalinkişafet şüarı ilə növbəti belə tədbir aprelin 23-də olacaq. Saat 17:00-da gənclər tanınmış aktyor, şoumen, naşir, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə ilə onlayn görüşmək imkanı əldə edəcəklər.
Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil olunması və onların müxtəlif sahələrdən olan məşhur simalarla canlı ünsiyyətinə şəraitin yaradılmasıdır.
Qeyd edək ki, gənclərin məşhurlarla görüşü ilk dəfə 2 fevral -  Gənclər günündə gerçəkləşib. Həmin vaxt əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli nasir yazıçı Baba Vəziroğlu və teatr və kino aktrisası, xalq artisti Mehriban Zəki ilə 300-dək gəncin iştirakı ilə görüş keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/behram-bagirzade-ile-onlayn-gorus-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR