Ağdaş Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi vəfat edib

Ağdaş Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi vəfat edib
16:02 20 Aprel 2020
301 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın qocaman mədəniyyət işçisi Tahir Əliyev vəfat edib.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, T.Əliyev bu gün 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əliyev Tahir Məmməd oğlu 2 iyun 1947-ci ildə Ağdaş rayonunda anadan olub. 
Əmək fəaliyyətinə tələbəlik dövründə başlayan Tahir Əliyev əvvəlcə N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda tar müəllimi, 1974-1987-ci illərdə Qəbələ rayon Uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.
1987-ci ildə Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunub, 2003-cü ilədək bu vəzifədə çalışıb. 2003-cü ildən Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin vəzifəsində işləyib, 2004-cü ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunaraq yenidən Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
T.Əliyev 2017-ci ildə Mədəniyyət Nazirliyinin regional idarələri yaradıldıqdan sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 9 yanvar 2019-cu il tarixinədək həmin vəzifədə çalışıb.
2009-cu ildə Tahir Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/agdas-regional-medeniyyet-i-daresinin-kecmis-reisi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR