Suriyada ABŞ hərbçilərinə hücum oldu, yaralılar var

Suriyada ABŞ hərbçilərinə hücum oldu, yaralılar var
16:37 20 Aprel 2020
168 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada ABŞ ordusunun patrulunun hücuma məruz qalması nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Suriyanın əl-Hasake şəhərində olub.
Bildirilib ki, bir qrup ABŞ hərbçisi və terrroçu PKK/YPG-PYD qruplaşmasının formalaşdırdığı “Suriya Demokratik Qüvvələri”nin silahlılarını daşıyan “Hammer” tipli hərbi maşına əl-Hasekenin cənub-qərbində yerləşən Ruveyşid kəndində naməlum şəxslər hücum edib.
Qeyd edək ki, aprelin 6-da əl-Haseke ilə sərhəddə yerləşən Deyr-əz-Zor əyalətində naməlum şəxslər ABŞ hərbçiləri və “SDQ” silahlılarına hücum etmişdi. Nəticədə ABŞ-ın bir hərbi zabiti və “SDQ”nin iki silahlısı ölmüşdü.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyada-abs-herbcilerine-hucum-oldu-yaralilar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR