Virus hələ zirvə nöqtəsinə çatmayıb - Putindən açıqlama

Virus hələ zirvə nöqtəsinə çatmayıb - Putindən açıqlama
19:03 20 Aprel 2020
218 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada yeni tip koronavirusun yayılması hələ zirvə nöqtəsinə çatmayıb.

Publika.az xəbər verir ki, bunu ölkənin Prezidenti Vladimir Putin deyib.

Video-konfrans üsulu ilə hökumət rəsmilərini bir araya toplayan Putin vəziyyətin çətin olduğunu dilə gətirib: “Paytaxt Moskva başda olmaqla, pandemiyanın yayılması davam edir. Yoluxanların sayı artmaqdadır. Qabaqlayıcı tədbirlər sayəsində prosesin sürətini azaltmağı bacardıq, amma virus ölkənin 85 əyalətinə yayılıb artıq”.

Prezidentin sözlərinə görə, ölkədə səhiyyə sistemi yenidən qurulub.

Son rəqəmlərə görə, Rusiyada 47 min 121 nəfər virusa yoluxub, 405 nəfər ölüb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/311359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR