Batumidə mehmanxanaların birində yaradılan karantin zonasında qidadan kütləvi zəhərlənmə baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün öncə qeydə alınan hadisə nəticəsində 50-yə yaxın insan zəhərlənib.
Həmin şəxslərdən ikisi klinikaya çatdırılıb, digərlərinin vəziyyəti isə ağır olmayıb. Onların hamısı karantin zonasına qaytarılıb.
Zəhərlənməyə hansı qida məhsulunun səbəb olduğu hələ məlum deyil.
Faktla bağlı Acarıstanın Milli Qida Agentliyində araşdırma aparılır.