İsveçdə koronavirus qurbanlarının sayı 1 600-ə çatır

İsveçdə koronavirus qurbanlarının sayı 1 600-ə çatır
19:27 20 Aprel 2020
190 Digər
Ölkə mətbuatı
A- A+

İsveçdə son bir sutkada daha 40 nəfər koronavirusdan ölüb və bununla ölkədə pandemiya qurbanlarının sayı 1 580-ə çatıb. 
"Report"un məlumatına görə, krallıqda daha 392 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 14 777-yə yüksəlib. 
Eyni zamanda bu günədək 550 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 431 000-i ötüb. Bunların 637 361 nəfəri sağalıb, 166 308 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-svecde-koronavirus-qurbanlarinin-sayi-1-600-e-catir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR