Gürcüstanda koronavirusa yoluxanların sayı 402-yə çatıb “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. COVID-19-a yoluxanların 95-i sağalıb, 4-ü isə ölüb. Karantində 4 782, stasionar nəzarətdə isə 503 nəfər saxlanılır.