Almaniya "Bavariya"sı futbolçusu Alfonso Devislə müqaviləni uzadıb.
"Report"un Münhen təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kanadalı yarımmüdafiəçi ilə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub.
Devis bu komandaya 2018-ci ildə Kanada "Vankuver Uaytkeps"indən keçib. 19 yaşlı futbolçu cari mövsüm 21 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

#Davies2025 ✌👌✌🖐 pic.twitter.com/2tFcFNnr4z

— FC Bayern English (@FCBayernEN) April 20, 2020