Kürdəmir sakini həmkəndlisini bıçaqladı

Kürdəmir sakini həmkəndlisini bıçaqladı
22:42 20 Aprel 2020
191 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə bıçaqlanma hadisəsi olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Novruzov Sadiq Söhrab oğlu aralarında yaranan mübahisə zəminində qonşusu tərəfindən bıçaq xəsarəti alıb. O, ətrafdakıların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıya sol qolun cırılmış və deşilmiş yarası diaqnozu qoyublar.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemir-sakini-hemkendlisini-bicaqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR