İş adamlarına mühüm çağırış

İş adamlarına mühüm çağırış
22:58 20 Aprel 2020
272 Digər
Ölkə mətbuatı
A- A+

“Ramazan ayı rəhmət, bərəkət və bağışlanma ayıdır. Müqəddəs Qurani-Kərimin nazil olduğu mübarək ayda tutulan oruc ibadəti bəndənin öz sahibinə itaət və təslimiyyətinin sübutudur”.

Bu sözləri Publika.az-a açıqlamasında “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli deyib. O, sözlərinə belə davam edib:

“Mübarək ayda mənəvi saflaşmanın, mərhəmətin və şəfqətin oyanışı könül dünyamıza ilahi eşqi ehsan qazandırır. Yaradanın bütün hökmləri yaradılmışların mənafeyinə hesablanıb. 11 ayın sultanı olan Ramazanda hər birimiz ilahi ziyafətə, Allah qonaqlığına dəvətliyik. Könüllərin Sultanı, sevgili Peyğəmbərimizin (s) orucluqda "bir xurma ilə də olsa iftar süfrəsi açın, cəhənnəm odundan xilas olun" buyurması bütün zənginlərə bir çağırış kimi qəbul olunmalıdır. Günümüzdə də ilahi fürsət ayı olan Ramazan zənginlər üçün öz mal və mülkləri hesabına kimsəsizlərə sahib durmaları ilə ibadət etmiş kimi olurlar. Mən ölkəmizin bütün iş adamlarını mübarək aydan bəhrələnməyə səsləyirəm. Müqəddəs şəhid və qazi ailələrini, əsl haqq sahiblərini Ramazanda daha çox ziyarət etmək iman məsələsidir. Quran ayında doğma Qarabağımızın tezliklə fəthi üçün çoxlu dualar etməyimiz inşAllah keçərlidir. Vəhdət və rəhmət ayı olan bu ayda ilahi eşqin şərbətin içən qulların duaları Rəbbin dərgahında cavabsız qalmaz. Şeytanların zəncirdə olduğu Ramazanda çoxlu tövbələrlə Allaha doğru yönəlməyimiz üçün gözəl fürsət qazanmışıq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/311389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR