“Report”un “Citizen” nəşrinə istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin 28 yaşlı hücumçunu transfer siyahısına əlavə etdiyi bildirilib.
“Sabah”ın digər cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin futboluna maraq göstərdiyi və futbolçuları izlədiyi vurğulanıb.
“Orlando Pireates”in rəsmi təklif gəldikdə qəbul edib-etməməsi bəlli deyil.
Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ilin yayında "Sabah"a keçib, o, carı mövsümün qış transfer dönəmindən etibarən "Səbail"in formasını geyinir.
Vinsent Pule ölkəsində "Orlando Pirates"lə yanaşı, "Afrikan Warriors" və "Vidvest Vits" komandalarının da şərəfini qoruyub.