Almaniyada ötən sutkada 194 nəfər koronavirus qurbanı oldu
Paylaş
184 baxış·1 dəq oxu
Almaniyada koronavirus infeksiyasından ölənlərin sayı 4 598-ə yüksəlib. “Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb. Məlumata görə, ötən sutkada daha 194 nəfər virusun qurbanı olub. Bundan başqa, yoluxanların sayı da daha 1 785 nəfər artaraq 143 457-yə çatıb.