Bakı, 26 may, AZƏRTAC
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 358 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və onların prekursorları mayın 26-da Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunda məhv edilib.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.