Kolumbiyada ümummilli karantinin müddəti uzadıldı

Kolumbiyada ümummilli karantinin müddəti uzadıldı
13:05 21 Aprel 2020
289 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada ümummilli karantin rejiminin müddəti mayın 11-dək uzadılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin paytaxtı Boqotada çıxışı zamanı Kolumbiya prezidenti İvan Duke deyib.

İ.Duke bildirib: "Biz məcburi izolyasiya müddətinin mayın 11-dək uzadılması barədə qərar qəbul etdik".

Kolumbiya prezidenti əlavə edib ki, tikinti və istehsal sahələri üçün istisnalar nəzərdə tutulur.

Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı martın 6-sı qeydə alınıb. Hazırda Kolumbiyada 3 977 nəfər koronavirusa yoluxma halı təsdiqlənib, 189 koronavirusdan dünyasını dəyişib, 804 nəfər isə sağalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR