“Nəysə... Kaş heç olmayaydı. Amma bu, hər kəsin başına gələcək qəzadır. O tip verlişlərdə efiri doldurmaq heç də asan deyil. Maraqlı olsun, diqqət çəksin, reytinq versin deyə aparıcı-müəlliflər çox əziyyət çəkməli olurlar. Yazıq Elgiz”.
Publika.az xəbər verir ki, bu sözləri eks aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb. O, Afaq Bəşirqızının Elgiz Əkbərin verilişində canlı yayıma bağlanaraq efirdə söyüş söyməsinə münasibət bildirib:
“Nə bilsin ki, Afaq xanım söyəcək və söyüş efirdə eşidiləcək. Əsl bildiyimiz qəzadır, qəza... Amma MTRŞ çox çevik və adekvat reaksiya verdi. Bu reaksiya həm də bir mesajdır. Cəmiyyətə və bütün yayımçılara. Yəqin bir nüansı diqqətdən qaçırdınız. MTRŞ-nın yeni seçilmiş rəhbəri, ARB-nin keçmiş rəhbəridir. Və yeni rəhbərin ilk sərt qərarı da məhz keçmiş rəhbəri olduğu TV kanalla bağlı oldu. Mesaj deyəndə həm də bunu nəzərdə tuturam. Heç nə əvvəlki kimi olmayacaq!”
Məlumat üçün bildirək ki, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində yayımlanan "Elgizlə izlə" verilişində Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadə işlətdiyinə görə kanalın yayımını 6 saat dayandırıb.