Cennifer də həmkarlarının aksiyasına qoşuldu

Cennifer də həmkarlarının aksiyasına qoşuldu
12:37 23 Aprel 2020
261 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasına görə Hollivud ulduzları Leonardo Di Kaprio və Robert De Nironun başlatdıqları aksiyaya dünyaca məşhur aktrisa Cennifer Eniston da qoşulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə sosial şəbəkədə məlumat verib.

O qeyd edib ki, "AllinChallenge" internet portalı vasitəsi ilə ehtiyacı olan ailələrə ən çox ianə göndərən şəxs 5 dostu ilə birlikdə özünün də rol aldığı "Dostlar" serialında çəkiləcək.

Qeyd edək ki, daha əvvəl aktyorlar Leonardo Di Kaprio və Robert De Niro ən çox ianə göndərən şəxsin aktyorlarla birlikdə Martin Skorsezenin "Çiçəkli ayın qatilləri" filmində epizodik rolda çəkiləcəyini bildirmişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/844360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR