Koronavirusa qalib gələn ölkədən ŞOK AÇIQLAMA: payız və qış aylarında...

Koronavirusa qalib gələn ölkədən ŞOK AÇIQLAMA: payız və qış aylarında...
17:53 23 Aprel 2020
290 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirusa böyük ölçüdə qalib gələn Tayvanda yenidən epidemiyanın yayılma təhlükəsi var.

Publika.az xəbər verir ki, virusa qarşı effektiv səhiyyə sistemi və rəqəmsal texnologiyadan istifadə ilə mübarizə aparan mütəxəssislər pandemiyanın payız və qış aylarında yenidən yüksəlişə keçəcəyini ehtimal edir.

“Virus daim mutasiyaya uğrayır. İnfeksiyanın xarakteristikasından yola çıxsaq, qrip kimi yuxarı tənəffüs yolları xəstəlikləri yaradan virusların isti hava və nəm şəraitdə effektinin olmadığını deyə bilərik. Virusun yoluxduğu insan sayı kütlə müqaviməti qazanmaq üçün kifayət deyil. Buna görə də pandemiya yenidən yayıla bilər”, - Tayvan Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən bildirilib.

Qeyd edək ki, Tayvan 5 fevralda Çin və Honkonqdan ölkəyə girişi qadağan edib. 10 fevralda 14 günlük karantin elan olunub. 27 fevralda isə tədbirlər milli təhlükəsizlik səviyyəsinə çıxarılıb.

Son rəqəmlərə görə, Tayvanda 426 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/311708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR