Çin qorxuya düşdü:

Rəsmi məlumatlara görə, 82 mindən çox insanın yoluxduğu və 4 min 633 insanın öldüyü Çində korona virusunun ikinci dalğası başlaya bilər.

Metbuat.az xəbər verir ki, axırıncı koronavirusa yoluxan xəstələri evlərinə buraxandan sonra karantin qaydaları Çində nisbətən yumuşalmağa başladı. Amma virusa yoluxma halı təsdiqləndikdən sonra Çində, yeni qadağalar və məhdudiyyətlər təkrar qüvvəyə minib. 10 milyondan çox əhalisi olan Pekində, bu səbəblə bir çox iş yerləri yenidən bağlanıb.

Həmçinin restoranlarda müştərilərə ''qarışıq'' yeməklər təklif etmək, gigiyena qaydalarına əməl etməyənlər, maskasız küçəyə çıxan xəstələr ,yerə tüpürən və küçədə açıq şəkildə ev heyvanlarını gəzdirənlər üçün böyük məbləğdə cərimələr nəzərdə tutulub.

Digər narahatlıq yaradan xəbərdə də odur ki, Uhandakı bütün Covid-19 xəstələri evə buraxıldıqdan sonra son zamanlar Rusiya ilə sərhəd bölgələrdə virusa yoluxma halları artıb.

Mənbə:A.HABER.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR