Kamil Zeynallıdan xeyirxah addım: Bu dəfə 300 ailəni sevindirdi -

Pandemiya dövründə xeyriyyəçilik aksiyaları ilə tanınmış məhşurlar arasında ən çox diqqət mərkəzində olan idmançı, fitnes məşqçisi Kamil Zeynallı bu dəfə də ənənəsinə sadiq qalıb.

Metbuat.az xəbər verir ki, Kamil Zeynallı bu dəfə yardım dəstəyini Ucar rayonunun Yuxarı Şilyan Kəndində davam etdirib.O, 300 ailəyə ərzaq yardımı paylayıb.

Bununla bağlı sosial şəbəkədə paylaşdığı videogörüntüdə bildirib ki, o bu yardımları Ucar rayonunun Yuxarı Şilyan kəndində doğulub-böyümüş Natiq adlı şəxsin maliyyə dəstəyi ilə edib.

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR