Bu ildən etibarən liseylərə qəbul imtahanları 6 şəhərlərdə təşkili nəzərdə tutulur

Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki,Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.

Nazirlikdən bildirilib ki, lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul hər il may ayında keçirilirdi. Bu il yaranmış epidemioloji vəziyətə görə bu imtahanlar təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR