Texniki tənzimləmə və standartlaşdırma sahəsində hüquqi baza yaradılır

00:23 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 18 yanvar, AzərTAc 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində texniki tənzimləmə və standartlaşdırma sahəsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə hüquqi baza möhkəmləndirilir.
Komitədən AzərTAc-a bildiriblər ki, texniki tənzimləmə və standartlaşdırma sisteminin müasir hüquqi bazasının yaradılması istiqamətində “Texniki tənzimləmə haqqında” qanun layihəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlara uyğun təkmilləşdirilərək müvafiq icra hakimiyyəti orqanlarına razılaşdırılmağa göndərilib. Texniki tənzimləmə sisteminə keçidlə bağlı hazırlanan “Standartlaşdırma haqqında” yeni qanun layihəsi aidiyyəti üzrə dövlət qurumlarının vizalarının toplanması mərhələsindədir. Qanun layihələrinin hazırlanmasında komitədə fəaliyyət göstərən Tvinninq layihəsinin ekspertlərinin rəy və təklifləri nəzərə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Texniki_tenzimleme_ve_standartlasdirma_sahesinde_huquqi_baza_yaradilir-825607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR