Robert de Niro yenə Trampı sərt tənqid etdi:

ABŞ-da prezidenti Donald Trampı ən sərt və tez-tez tənqid edənlərdən olan məşhur aktor Robert De Niro bu dəfə koronavirusa hökümətin nəzarətindən danışıb.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkdakı evindən "BBC"nin canlı yayımına bağlanan 76 yaşlı aktyor Donald Trampı dəli adlandırıb və koronavirusdan neçə insanın öldüyünün Trampın vecinə olmadığını qeyd edib:

"Başımızdakı dəlinin axmaqlıqları ətrafında qıvırırlar. Bu adamın etdikləri qarşısında hər kəs səssiz qalır və axmaqlayır. Trampıv sanki vecinə alırmış kimi etdiyi şəxslər əslində onun ən çox xor gördüyü adamlardır. Onlar özlərini aldadırlar, amma Trampın vecinə deyillər".

Aktyor həmçinin Trampla kəllə-kəlləyə gəlməkdən çəkinməyən Nyu-York qubernatoru Andrev Kuomonu tərifləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR