Sosial şəbəkədə kafe və restoranların bu həftə açılacağı ilə bağlı iddialar yer alıb. Bu həftə kafe və restoranlar açıla bilərmi?
Metbuat.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, bununla bağlı qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Bu həftə ərzində keçirilən brifinqdə yumşalmaların hansı sahələrə şamil olacağı bəlli olacaq".
Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov bildirib ki, bununla bağlı hər hansı bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək.