Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.