Fransada bir gündə 483 nəfər koronavirusdan ölüb

Fransada son sutka ərzində 483 nəfər koronavirusdan həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 28 min 108 nəfərə çatıb.

17 min 466 nəfər xəstəxanalarda, 10 min 642 nəfər isə qocalar evi və sosial müəssisələrdə vəfat edib. İndiyədək 61 min 213 xəstə sağalaraq evə buraxılıb. Ölkə üzrə ümumi yoluxma sayı 179 min 569 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR